Menu

Neft yenidən bahalaşır

09.05.2016, 10:05

oil_prices_170415Bu gün səhər saatlarında Asiya bazarında xam neftin qiymətində artım müşahidə edilib. “Report” xəbər verir ki, nəticədə, WTI (West Texas Intermediate) markalı xam neft 1,81% yaxud 0,81 dollar bahalaşaraq 45,47 dollar/barelə çatıb.

Bununla yanaşı, "Brent" markalı neftin qiyməti isə hər barelə görə 1,34% yaxud 0,61 ABŞ dolları artaraq 45,98 dollar/barelə yüksəlib. Buna səbəb Kanadanın Alberta bölgəsində meşə yanğınlarının davam etməsi və Səudiyya Ərəbistanının "Aramco" milli neft şirkətinin rəhbərliyindəki dəyişikliklər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol