Menu

90 saylı dairədə seçkilər: Bir nəfərin namizədliyi qeydə alındı

13.05.2016, 17:03
90 saylı dairədə seçkilər: Bir nəfərin namizədliyi qeydə alındı

İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən bir nəfərin namizədliyi qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, bu, hakim Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur.

MSK sədri bildirib ki, indiyədək 12 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: “Onlardan 4 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim edib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol