Menu

Sarkisyan daha bir generalı qovdu

23.05.2016, 16:55
Sarkisyan daha bir generalı qovdu

Ermənistan prezidenti Serj Sarkisyan ordu rəhbərliyi ilə bağlı növbəti sərt tədbirlərə əl atıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Serj Sarkisyan ölkənin Müdafiə Nazirliyinin baş idarə rəisi Melsik Çilingəryanı istefaya göndərib.

General-mayor Çilingəryan işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Xatırladaq ki, son 1 ayda Sarksiyan sayca 4-cü generalı vəzifəsindən kənarlaşdırıb. Bundan öncə, nazirliyin maddi-təchizat idarəsinin rəisi, general-leytenant Alik Mirzəbekyan, Baş Qərargahın kəşfiyyat xidməti rəhbəri general-mayor Arşak Karapetyan, nazirliyin rabitə və əlaqə idarəsinin rəisi, general-mayor Komitas Muradyan vəzifəsindən kənarlaşdırılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol