Valyuta bazarında banklararası valyuta hərracı keçirilib.
“Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, tələb təklifi üstələyib, məzənnə 1.51 səviyyəsini ötüb.
Mərkəzi Bank 07 İyun 2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsini 17:00 radələrində açıqlayacaqdır. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə banklararası valyuta əqdi qiyməti ətrafında olur. Mərkəzi Bankın açıqlayacağı USD/AZN rəsmi məzənnəsinin 1.50 səviyyəsindən yuxarı olacağı gözlənilir.
Əgər sabaha olan USD/AZN məzənnəsi 1.50 səviyyəsindən yuxarı elan olunarsa, bu, Dolların Manat qarşısında bahlaşması demək olacaqdır (Bu gün USD/AZN 1.4994).

Şərhlər