Menu

Tel-Əvivdə terror: 4 nəfər ölüb

09.06.2016, 08:58
Tel-Əvivdə terror: 4 nəfər ölüb

İsrailin paytaxtı Tel-Əvivin mərkəzində naməlum şəxslər yoldan keçənlərə atəş açıb.

"Report" "Haaretz"ə istinadən xəbər verir ki, terror aktı nəticəsində 4 nəfər ölüb, ən azı 4 nəfər yaralanıb.

İnsident "Sarona" ərzaq bazarı ərazisində baş verib.

Polis hücum edənlərdən ikisini yaxalayıb, onlardan biri yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol