Menu

Vergi işçilərinin gəlirləri ikiqat artırılır

09.06.2016, 13:17

vergiAzərbaycanda maliyyə sanksiyalarından əldə olunan vəsaitdən vergi orqanları işçilərinə verilən məbləğ 2 dəfə artırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Vergi məcəlləsinə dəyişikliklər edilir.

Dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Hazırda isə bu rəqəm 25%-dir.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol