Menu

Ramazan ayının 9-cu gününün duası - İmsak və iftar vaxtı

14.06.2016, 22:08
Ramazan ayının 9-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün Azərbaycanda Ramazan ayının səkkizinci günüdür.

AzNews.az xəbər verir ki, 9-cu gün üçün imsak vaxtı saat 03:08, iftar vaxtı isə 20:31-ə təyin olunub.

9-cu günün duası:

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin.

Tərcüməsi:

İlahi, bu ayda mənə Öz geniş mərhəmətindən pay ver, Öz açıq-aşkar sübutlarınla yol göstər, Səni razı salacaq bütün şeylərə doğru məni apar, Öz məhəbbətin xatirinə, ey arzusu olanların Pənahı!

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.

Allah orucunuzu və etdiyiniz duaları qəbul etsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol