Menu

Ərdoğandan Terim və Arda açıqlaması: "UTANIRSINIZMI?"

20.06.2016, 15:29
Ərdoğandan Terim və Arda açıqlaması: "UTANIRSINIZMI?"

Avropa çempionatında Xorvatiya və İspaniya yığmalarına məğlub olan Türkiyə millisi ilə bağlı müzakirələr davam edir. Anspress-in məlumatına görə, əsasən millinin baş məşqçi Fatih Terim və kapitan Arda Turan tənqid atəşinə tutulub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş məşqçi və kapitanı sosial mediada tənqid edənlərə sərt şəkildə etiraz edib. "Avropa çempionatı zamanı komandamızın kapitanına qarşı səsləndirilən şüarları heç bir şəkildə qəbul etmirəm. Utanırsınızmı? İspanlar alqışlayarkən siz yuhlayırsınız. Uğurlu bir baş məşqçinin qızına sosial mediada edilənləri bir ata olaraq əsla qəbul etmirəm. Belə bir şey olmaz. İdmanda qələbələr və məğlubiyyətlər ard-arda gələ bilər", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol