Menu

"Növbəti addımlar lazımdır..." - Kremldən yeni açıqlama

28.06.2016, 14:28

peskovpakotJI261115_ulTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə göndərdiyi məktubla Rusiya və Türkiyə arasında əlaqələrin yaxşılaşdırılması üçün çox vacib addım atıb, lakin növbəti addımlar lazımdır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov qeyd edib ki, problemi bir neçə gün ərzində həll etmək mümkün deyil.

Onun sözlərinə görə, Rusiya tərəfi və Prezident ardıcıl mövqe tutub: "Prezident Putin Türkiyə hakimiyyəti və xalqı ilə mehriban münasibətlər saxlamaq arzusunu, ikitərəfli əlaqələrin normallaşdırılması üçün yaradılmalı olan zəruri şərtlər barədə dəfələrlə bəyan edib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol