Keçmiş SSRİ lideri Mixail Qorbaçov NATO-nu Rusiyaya qarşı "isti müharibə"yə hazırlaşmaqda ittiham edib. Qorbaçov bildirir ki, NATO rəhbərlərinin səsləndirdiyi fikirlər Rusiya ilə NATO-nu qarşıdurmaya sürükləyir.
İnterfax agentliyinin iyulun 9-da yaydığı məlumata görə, Qorbaçov deyib ki, NATO "soyuq müharibədən" "isti müharibəyə" keçidə başlayıb.
Qorbaçov bunları Varşavada NATO sammitinin son günü deyib. Bu sammitdə NATO Şərqi Avropada böyük qüvvələrin yerləşdirilməsi qəraraını verir və bu da Moskvanın böyük narazılığını doğurur.
NATO bildirir ki, onun hərəkətləri Rusiyanın Krımı ilhaq etməsinə və şərqi Ukraynada separtaçıları dəstəyinə cavabdır.
Qorbaçov isə bildirir ki, "NATO rəhbərləri müdafiədən danışırlar, ancaq faktiki olaraq hücum əməliyyatına hazırlaşırlar".
Qorbaçov deyir ki, "Varşavada səslənən fikirlər Rusiyaya müharibə elan etməkdir."
NATO isə Rusiya tərəfdən səslənən bu fikirləri həmişə qəti şəkildə rədd edib. (Azadliq.org)


Şərhlər