Menu

Bakıda futbol oyunu zamanı tanınmış jurnalistin ürəyi dayanıb (FOTO)

09.07.2016, 22:23
Bakıda futbol oyunu zamanı tanınmış jurnalistin ürəyi dayanıb (FOTO)

Tanınmış jurnalist İlqar Qulusoy bir qədər əvvəl dünyasını dəyişib. "AzPolitika"nın məlumatına görə, bu barədə sosial şəbəkələrdə onun dostları xəbər veriblər.

İ.Qulusoyun futbol oynayarkən ürəyinin dayandığı bildirilir. Jurnalistin "Facebook"da sonuncu paylaşımı da futbolla bağlı olub. O, "həftənin ən gözəl günü gəlib çatdı" qeydi altında futbol meydançasında çəkdirdiyi fotonu paylaşıb.

36 yaşlı İlqar Qulusoy "Lider" televiziyasının əməkdaşı idi.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol