“Gecə yarısı Fransanın Nitsa şəhərində baş verən terror hadisəsi xəbərini səhər sübdən eşitdim və çox kədərləndim, məyus oldum. Elə bil dünyanın yönümü pozulub, dünya qlobal dəyişikliyə hamilədir”.
Bunu SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xalik Məmmədov sosial şəbəkədəki hesabında bildirib.
Vitse-prezident bildirib ki, belə hal davam edə bilməz: “Bu hadisələr dünyanın ən əmniyyətli, etibarlı mühafizə olunan hava limanlarında, turizm mərkəzlərində, Avropanın göbəyində baş verir. Heç kim bu hadisələrdən sığortalanmayıb. İstənilən birimiz, qohumuz, əzizlərimiz belə hadisələrin qurbanı ola bilər. Bu hadisədən zərər çəkmiş insanların qohumlarına, Bakıdakı Fransa Səfirliyinin bütün əməkdaşlarına, Səfir Aureli Buşeraya, Total şirkətinin Bakı nümayəndəliyinin rəhbərliyinə, Bakı fransız liseyinin müəllim kollektivinə, fransız vətəndaşı olan valideynlərə baş sağlığı verirəm, onların acılarını bölüşürəm. Ölənlər üçün Allahdan dua edirəm. Teroru dəstəkləyənləri, terrorçuları lənətləyirəm”-deyə X.Məmmədov vurğulayıb.


Şərhlər