Menu

"Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır" - Baş Qərargah rəisinin əvəzi

16.07.2016, 09:28
"Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır" - Baş Qərargah rəisinin əvəzi

"Bu təşəbbüsün uğur qazanma imkanı sıfırdır"

APA-nın məlumatına görə, bu sözləri "Habertürk" kanalının canlı yayımına telefonla bağlanan baş qərargahın rəis əvəzi, ordu generalı Ümid Dündar deyib.

Çevriliş təşəbbüsünün qarşısının alınması üçün I ordunun öz öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdiyini və bunun sayəsində çevriliş təşəbbüsünün uğur qazanma ehtimalının sıfır olduğunu deyən ordu generalı Dündar, Trakiya bölgəsindən çağırdıqları zirehli hərbi birləşmələrin İstanbuldakı hərbi birləşmələri daha da gücləndirdiyini vurğulayıb.

Ümid Dündar, xunta üzvləri tərəfindən girov alınmış keçmiş baş qərargah rəisi, ordu generalı Hulusi Akarın vəziyyətindən xəbərdar olmadığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol