"AzPolitika.info" xəbər verir ki, Türkiyədə cəhdə qarşı əməliyyatlarda həbs olunan yüksək rütbəli hərbçilər fərqli ifadələri ilə diqqət çəkib. Belə ki, zərbə istintaqı əməliyyatında həbs olunan Quru qüvvələri komandirliyi Personal Plan Dairə Başçısı general Əhməd Bican Kırker, planı Qərargah polkovniki Faruk Yamanın koordinasiya etdiyini bildirib.
Soldan sağa: Akın Öztürk, Əhməd Bican Kırker, Həsən Kulaç
Digər bir izahatda isə,Dəniz qüvvələri Komandirliyi İKMAL Dairə Başçısı Tuğamiral Həsən Kulaç, "Bu zərbə cəhdini Akın Öztürk və qrupunun reallaşdırdığını düşünürəm. Gülən şəbəkəsinin bu işlə əlaqəli ola biləcəklərini düşünürəm" deyə açıqlama verib.
Zərbə cəhdi səbəbiylə əvvəlki gün həbs olunan 26 general və admiralın ifadələrində, zərbə cəhdinin detalları ortaya çıxıb. Həbs olunan general Əhməd Bican Kırker ifadəsində, 15 iyulda məzuniyyətdə olduğunu bildirib: "Evdə idim Ankarada saat 22:00 radələrində hərəkat mərkəzindən bir vəzifəli mənə zəng etdi. Ətraflı əmrin Baş Qərargah Başçılığı tərəfindən lazımı yerlərə göndərildiyini, plan əmrinin orada mənə veriləcəyi bildirildi" deyə general ifadəsində bildirib.
Hərəkat mərkəzindən əmr alan kimi zirehli birliklərin Diviziya Komandirliyinə getdiyini, əmrdə Qərargah Başçısı Siddiq Çobanı inzibati icazəli sayıb vəzifədən uzaqlaşdırılması, nəzarətə götürüb etibarlı bir yerə aparılması və yerinə polkovnik Faruk Yamanı təyin olunduğunu izah edən Kırker: "Zirehli Birliklərdəki Təhsil Diviziya Komandirliyi vəzifəsini təhvil aldım. Diviziya komandirini soruşduğumda toyda olduğunu bildirdilər. Siddiq Çobanla telefonla əlaqə quruldu. TSQ-in rəhbərliyinə əl qoyulduğunu, vəzifəsinə mənim təyin olunduğumu, özünün birliyə gəlməsi istənildi" deyə Kırker danışıb.

AzPolitika.info


Şərhlər