"Türkiyə "Türk axını" layihəsinin həyata keçirilməsi üçün dərhal addımlar atmağa, layihə ilə bağlı müzakirələr aparmağa və qərarlar qəbul etməyə hazırdır. Buna mane olan heç nə yoxdur".
"Report" xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən əvvəl TASS agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə ən çox Rusiyadan təbii qaz alacaq: "2016-cı il iyul ayının sonlarına olan məlumata görə, Rusiyadan idxal edilən təbii qazın həcmi 12,5 milyard kubmetr təşkil edib. Bu, sözügedən sahədə Türkiyənin necə mühüm iqtisadi tərəfdaş olduğunu göstərir".
TANAP

Tikintisi 2018-ci ildə başa çatdıralacaq bu kəmər, həm də Bakı-Tbilisi-Ərzrum və ya Şahdəniz kəməri kimi tanınan və Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirən mövcud Cənubi Qafqaz Kəmərinə bağlanacaq. Bundan sonra kəmər Türkiyədən Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca İtaliyaya qaz nəql edən Transadriatik Kəməri ilə (TAP) birləşəcək.
Cənubi Qafqaz Kəməri, TANAP və TAP-la birlikdə Cənub Qaz Dəhlizi kəmər sisteminin tərkib hissədir.
Azərbaycanın dövlət şirkəti SOCAR və Türkiyənin Botas şirkəti müvafiq olaraq TANAP-da 58 və 30 faiz paya mailk olacaqlar. 12 milyard dollara başa gələcək bu layihədə qalan 12 faiz pay isə Britaniyanın neft-qaz nəhəngi BP-ə məxsus olacaq.


Şərhlər