Menu

Polineziya protestantları Fransanı məhkəməyə verir! - Nüvə sınaqlarına görə...

10.08.2016, 11:55
Polineziya protestantları Fransanı məhkəməyə verir! - Nüvə sınaqlarına görə...

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Polineziyası protestantlarını birləşdirən Maori protestant kilsəsi burada keçirilən nüvə sınaqlarının nəticələrinə görə, Fransaya qarşı məhkəmə iddiası irəli sürmək niyyətindədir.

Bu barədə kilsənin Papyetdə keçirilmiş 132-ci «sinod»unun («yığıncaq») bəyanatında xəbər verilir.

Protestantlar Fransa hökumətini insanlığa (bəşəriyyətə) qarşı cinayətlərdə ittiham edirlər. Onlar, 1966-1996-cı illər arası dövr ərzində Fransa hakimiyyəti tərəfindən bu arxipelaqda həyata keçirilmiş nüvə sınaqlarını məhz belə qiymətləndirirlər. Həmin dövr ərzində adıgedən bölgədə 193 nüvə başlığı partladılıb.

«Nüvə sınaqlarının doğurduğu nəticələrə görə, həm də bu zaman Fransa dövlətinin, əhalinin əziyyət çəkdiyi xəstəliklərə yönəlik nümayiş etdirdiyi sayğısızlıqla bağlı Maorinin protestant kilsəsi Fransa dövlətinə qaşı Haaqadakı Beynəlxalq tribunala iddia irəli sürmək niyyətindədir» - deyə, bəyanatda qeyd olunur. Analoji şikayət Birləşmiş Millətlər Təşkilatına (BMT) da göndəriləcək.

Kilsə rəhbərliyi, sınaqların doğurduğu nəticələrdən danışarkən, bir məsələni xüsusilə qeyd edirlər ki, bütün bunlar «ötüb keçmiş tarix yox, bundan sonra hələ min illər boyu davam edəcək bir reallıqdır».

Fransa Polineziyasının əhalisi radionüklidlərin doğurduğu xəstəliklərdən əziyyət çəkən insanlara lazımi səviyyədə pul kompensasiyalarının ödənilməsini tələb edir. Fransa dövləti artıq dəfələrlə həmin kompensasiya ödənişlərinin həcmini azaldıb.

Uyğun petisiyanı, əhalisinin sayı 270 min nəfər olan arxipelaqda artıq 45 min nəfər imzalayıb.

Birldirək ki, bu ilin fevralında Fransız Polineziyasına səfər etmiş Fransa prezidenti Fransua Olland bu problemi həll etmək niyyətində olduğunu demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol