Menu

İranda təhlükəli "nüvə casusu" - Saxlanılıb

28.08.2016, 21:19

iran-_flag_tehran_030415O, İran və Kanada vətəndaşıdır

İranda beynəlxalq vasitəçilərlə Tehranın nüvə proqramı üzrə danışıqlarda iştirak edən qrupun üzvü müvəqqəti olaraq saxlanılıb. O, casusluqda ittiham olunur.

"Report" xəbər verir ki, bu barədə ölkənin məhkəmə orqanlarının nümayəndəsi Qulamhüseyn Möhsün Ejei məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs bir neçə gün həbsdə qalıb, daha sonra zaminə buraxılıb.

İran mətbuatının məlumatına görə, şübhəli şəxsin adı Əbdülrəsul Dorri İsfəhanidir və onun İran və Kanada vətəndaşlığı var. IRNA Möhsün Ejeiyə istinadən xəbər verir ki, saxlanılan şəxsin təqsiri hələ sübuta yetirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol