Menu

Bakıda yol polisi bıçaqlandı

01.09.2016, 11:09

Yol-Polisi-reydYaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Cəlal küçəsi 143A ünvanında qeydə alınıb.

Həmin ünvanda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis serjantı 1983-cü il təvəllüdlü Rəşad İsmayılov naməlum şəxs tərəfindən çiyin nayihəsindən bıçaqlanıb.

R.İsmayılov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol