Ədliyyə Nazirliyi Fəthullah Gülənin "çevriliş cəhdinin əmrini verdiyi və idarə etdiyi" səbəbi ilə həbs olunması tələbini ABŞ-a çatdırıb.
"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Ədliyyə Nazirliyi, ABŞ Ədliyyə Nazirliyinə çevriliş cəhdi səbəbi ilə Gülənin müvəqqəti həbs olunmasını tələb edən yazı göndərib. Çevriliş cəhdinə bağlı Gülənlə əlaqədar müvəqqəti həbs tələbi, 15 iyulda qanlı çevriliş cəhdini terrorist başı Gülənin əmr və nəzarəti altında reallaşdırıldığı ifadə edilib.
Tələbdə: "Bu şəxs ölkəmizdə həyata keçirilən bir çox cinayətlə birlikdə, 15 iyul 2016-cı il tarixində reallaşdırılan qanlı çevriliş təşəbbüsünün təlimatını verən adam olaraq həbs olunması tələbi ilə axtarılmaqdadır", ifadələri iştirak edib.
Ədliyyə Nazirliyinin yazısında, müvəqqəti həbs tələbinin Türkiyə ilə ABŞ arasındakı "Günahkarların Geri Verilməsi və Cəza İşlərində Qarşılıqlı Kömək Müqaviləsi"nin 10-cu maddəsi daxilində olduğuna diqqət çəkib. Ədliyyə Nazirliyi çevriliş cəhdindən əvvəl ABŞ-a FETÖ tərəfindən işlənən cinayətlərlə əlaqədar dörd ayrı sənəd göndərmiş və bu sənədlər üzərindən müvəqqəti həbs tələb etmişdi.


Şərhlər