ABŞ liderliyindəki koalisiya qüvvələri Mosulda bəzi İŞİD hədəflərinə ağır zərbələr endirib.Axar.az xəbər verir ki, hava hücumlarından sonra İŞİD-in xeyli sayda canlı qüvvəsi məhv edilib. Bəzi dairələr bu hücumdan sonra Mosul əməliyyatının başlayacağını iddia edib.
Bundan başqa, Barak Obamanın bölgədəki xüsusi nümayəndəsi Brett Makqurk Mosulda İŞİD-in yüksək rütbəli şəxslərindən olan Əbu Hannahın öldürüldüyünü açıqlayıb.


Şərhlər