«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa hökuməti Rusiyanın hərbi sahədəki son davranışlarından xeyli narahatlıq keçirir və öz sihahlı qüvvələrini hazır vəziyyətdə saxlayır. Bu barədə Polşanın müdafiə naziri Antoniy Maçereviç keçirdiyi mətbuat konfransında Kalininqrad vilayətində «İskəndər» raketlərinin yerləşdirilməsi barədə verilən sualı cavablandırarkən bəyan edib.
«Rusiya Federasiyasının son hərəkətləri böyük narahatlıq doğurur. Biz, bütün xəbərləri, o cümlədən, «İskəndər» raketləri barədə danışılanları, həm də xüsusi konfiqurasiyada danışılanları - onların Kalininqrad vilayətində yerləşdirilməsi barəkəki xəbərləri nəzərə alırıq» - deyə, Maçereviç suala aydınlıq gətirib.
Onun sözlərinə görə, «Polşa silahlı qüvvələri və kəşfiyyat sistemi, o cümlədən, müttəfiqlərimizlə əməkdaşlıq şəraitində, mionitorinqlər aparmaq və Polşanın (həm də müttəfiq ölkələrin) təhlükəsizliyini təmin etmək məqsədilə daim hazır vəziyyətdə saxlanır».


Şərhlər