Menu

Avtobusda sərnişindaşımaya görə yeni cərimə tədbiq ediləcək - Qərar

14.10.2016, 14:11

avtobusAzərbaycanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə cərimə ediləcək.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə 5 manat cərimə ediləcək.

Bundan başqa, müvafiq qaydada ödəniş edilmədən sərnişinin aparılmasına 20 manat cərimə tətbiq ediləcək.

Layihə səsə qoyularaq qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol