Menu

"Fənərbaxça"nın təyyarəsi məcburi eniş etdi

19.10.2016, 20:22

fenerAvropa Liqasının qrup mərhələsində "Mançester Yunayted"lə qarşılaşacaq "Fənərbaxça" İngiltərəyə yollanarkən ciddi problemlə üzləşib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, komandanı Mançesterə aparan təyyarənin havada olarkən ön şüşəsinə quş çırpılıb.

Buna görə də təyyarə Macarıstanın paytaxtı Budapeşt aeroportuna məcburi eniş edib. Kabinə təmir edildikdən sonra təyyarənin yenidən yola düşəcəyi bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" - "Fənərbağça" matçı sabah keçiriləcək

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol