Menu

Milli Məclisdə 2017-ci ilin dövlət büdcəsinin müzakirələri başlayıb

06.12.2016, 12:11

MeclisMilli Məclisin növbəti plenar iclası başlayıb.

"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunur.

Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır.

Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol