Əjdər Ağayev: «Nurlana Əliyeva kollec direktoru olub, gərək özü rektorluğa razılaşmayaydı»
Təhsil üzrə ekspert Etibar Əliyev «Bizim Yol» qəzetində dərc etdiyi məqaləsində Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın fəaliyyətini kəskin tənqid etmişdi. Ekspert rektoru universitetə ayrıseçkilik toxumu səpərək, mühüm təsisatları ləğv etməklə ali məkəbi xeyli dərəcədə zəiflətməkdə ittiham etmişdi.
O, qeyd edib ki, BSU-nun fasadını bəzəyən ötən əsrin 70-ci illərində quraşdırılmış mozaika sökülüb, burada fəaliyyət göstərən bir neçə ölkənin Mədəniyyət Mərkəzləri iflic vəziyyətinə salınıb, bu Mərkəzlərin təcrübəli işçiləri ya işdən çıxarılıb, ya da sıxışdırılır. Universitetdə "Azərbaycanşünaslıq tədris-mədəniyyət” Mərkəzinin fəaliyyəti də təhlükə altındadır.
“Düşünürəm ki, rektorun apardığı yarıtmaz kadr siyasəti Universitetin çöküşünü sürətləndirir. Bu ali məktəbə təkcə Bakı Pedaqoji Kollecindən 60-a yaxın ixtisası uyğun gəlməyən adamlar gətirilib. Korlanmış təhsil mühitindən bu adamların universitetə daşınması nəyə xidmət edir? Universiteti zəbt edənlərin tam əksəriyyətinin elmi dərəcələri yoxdur və ali təhsildən xəbərsizdirlər. Bu isə haqlı narazılıqlara səbəb olur. Slavyan Universiteti spesifik ali məktəb olduğundan, burada şəxsi maraqlardan çox dövlətin maraqları önə çəkilməlidir”,- deyə E.Əliyev məqaləsində vurğulayıb.

Professor Ə.Ağayev Bakı Pedaqoji Kollecindən ali təhsil müəssisəsinə müəllimlərin gətirilməsi iddiasına da münasibət bildirdi: “Mən də bunu eşitmişəm. Bu arzuolunmaz haldır. Bakalavr və yaxud magistr dərəcəli şəxslərin ali təhsil müəssisəsinə gətirilməsi nə elmi, nə metodik, nə də hüquqi cəhətdən doğru deyil.
N.Əliyeva kollecdə öz işini bilən şəxs olub. Maddi-texniki bazasını yaxşı təşkil etmişdi. Mən sadəcə onun rəhbərliyi etdiyi təhsil müəssisəsində tələbələrə formal qiymət yazmasından narazı olmuşam”- deyə Əjdər Ağayev vurğuladı.

Şərhlər
HAQLISINIZ PROFESSOR. SADƏCƏ ÇALIŞIN ƏSABLƏŞMƏYİN. BU QADINA HEÇ KİMİN GÜCÜ ÇATMIR. ADAM NƏ QƏDƏR TƏNQİD OLUNAR? VECİNƏ ALMIR. AYIB ETMİR.