Əsəd rejiminə dəstək üçün döyüş gəmilərini Aralıq dənizinə göndərən və NATO ilə silahlanma yarışına girən Rusiya son raket sınağında böyük skandal yaşayıb.
"AzPolitika"nın məlumatına görə, Xəzər dənizi yaxınlığında platformadan atılan S-300 raketi bir neçə yüz metrə yüksələ bilib. Daha sonra geriyə düşməyə başlayan nəhəng raket buraxıldığı yerə çırpılıb.
Şam rejiminin ən böyük qoruyucusu olan Rusiya əlindəki yeganə təyyarə daşıyan gəmisini və nüvə raketləri ilə yüklənmiş döyüş gəmilərini Aralıq dənizinə göndərib. Bundan başqa Suriyada daimi baza quran Kreml rəhbərliyi burada S-300 raketləri yerləşdirib.
"AzPolitika" raketin yerə çırpılma görüntülərini təqdim edir:


Şərhlər