Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın həyatını əks etdirən bədii filmin çəkilişlərinə başlanıb.
Moderator.az Türkiyənin Milliyet qəzetinə istinadla xəbər verir ki, “Rəis” adlandırılacq filmdə Rəcəb Tayyib Ərdoğanın həyatını canlandıran aktyor Reha Bəyoğlunun Giresunda Bulancak Bələdiyyəsi tərəfindan düzənlənən proqramındakı çıxışı maraqla qarşılanıb.
Filmin galasının prezident Ərdoğanın doğum günü - 26 fevralda keçiriləcəyini, 3 martda isə tamaşaya buraxılacağını deyən aktyor təqdimata Giresundan start verdiklərini qeyd edib: “Çünki filmin mövzusu olan prezidentimiz Ərdoğanın baş nazirliyə və prezidentliyə getdiyi yolda ilk AKP-nin qurulmasının təməlləri Giresunda atılıb. Biz də bu səbəbdən filmin tanıtımını Giresundan başlamaq istədik”.

Rumiyyə


Şərhlər