Menu

Gəncədə 5-ci mərtəbədən yıxılan 17 yaşlı qız sağ qalıb

22.12.2016, 22:37

ambulansGəncədə 17 yaşlı qız beşinci mərtəbədən yıxılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsi, bina №1-də baş verib. 1999-cu il təvəllüdlü Təzəgül Əliyeva 5-ci mərtəbənin eyvanında paltar asarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol