Menu

Oğul anasını döyərək öldürdü - Gədəbəydə

03.01.2017, 15:37
Oğul anasını döyərək öldürdü - Gədəbəydə

Gədəbəy rayonunda oğul anasını döyərək qətlə yetirib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol