Menu

"LƏNKƏRANSKİNİ O BİRİ DÜNYAYA MƏN GÖNDƏRDİM" - Sifarişçi danışdı

05.01.2017, 15:10
"LƏNKƏRANSKİNİ O BİRİ DÜNYAYA MƏN GÖNDƏRDİM" -  Sifarişçi danışdı

Rövşən Lənkəranski Rəşad İsmayılov adlı azərbaycanlı avtoritetin əmriylə qətlə yetirilib.

Lent.az-ın məlumatına görə, bu barədə “Rosbalt”a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub.

Məlumata görə, Lənkəranskinin qətli ilə Moskvada “göyərti kralı” kimi tanınan və öz evinin qarşısında güllələnərək öldürülən Canbulat Şamiloğlunun qisası alınıb. “Rəşad Gəncinski” ləqəbli kriminal avtoritet Rəşad İsmayılov qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyib. “Rəşad Gənsinski” bildirib ki, Lənkəranskinin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

Rəşad İsmayılov kriminal aləmdə Rəşad Gəncinski kimi tanınır.

rovshenXatırladaq ki, Lənkəranski ötən il avqustun 18-də İstanbulda güllələnib. Kriminal avtoritetin qətlinə dair ortaya çıxan yeni nüanslar barədə daha ətraflı az sonra saytda məlumat yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol