Menu

LƏNKƏRANDA ATIŞMA - Bir nəfər yaralanıb

06.01.2017, 22:57

Tapancadan ateshAtışma nəticəsində Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb

Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.

Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atasının sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol