Menu

İtkin düşən yol poisi tapıldı - Yeniləndi

04.02.2017, 18:05
İtkin düşən yol poisi tapıldı - Yeniləndi

Bu gün mətbuatda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə getdiyi və yoxa çıxdığı barədə xəbər yayılıb.

BDYPİ-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, itkin polis artıq tapılıb.

Məlum olub ki, o, fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və bu gün evlərinə qayıdıb.

Ə. Kərimov axtarıldığından xəbərsiz olub.

***

"Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır"

Azərbaycanda yol polisi yoxa çıxıb.Bu haqda məlumatı Vətəninfo.az saytı yayıb. Daxili İşlər Nazirliyindən saytın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib: “Hazırda onun qəfil gedişinin səbəbləri araşdırılır və yerinin müəyyən edilərək tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol