Menu

DİN bloger Mehman Hüseynovu məhkəməyə verib

09.02.2017, 12:05
DİN bloger Mehman Hüseynovu məhkəməyə verib

Daxili İşlər Nazirliyi (DİN) bloger Mehman Hüseynovu məhkəməyə verib.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, xüsusi ittiham qaydasında edilən şikayətə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılacaq. Məhkəməyə hazırlıq iclası 10 fevral, saat 10:00-a təyin olunub.

Vəkil qeyd edib ki, xüsusi ittiham qaydasında şikayət müdafiə tərəfinə təqdim edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol