"Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinə əngəl törətməsin"
"Rusiya mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisinə əngəl törətməsin". ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden deyib.
Buxarestdə Rumıniya prezidenti Basesku ilə görüşdə Bayden vurğulayıb ki, əgər seçkilər pozulsa, onda Rusiyaya qarşı daha sərt sanksiyalar qoyulmalıdır.
Bayden NATO-nun nizamnaməsinin 5-ci maddəsinə ABŞ-ın sadiq olduğunu bildirib. Həmin maddəyə görə, NATO-nun bir ölkəsinə hücum bütün NATO-ya hücum hesab olunur.
ABŞ-ın vitse-prezidenti baş nazir Ponta ilə görüşdə isə deyib ki, Avropanın təhlükəsiz, şaxələnmiş enerji bazarına ehtiyacı var ki, Rusiya enerjidən silah kimi istifadə edə bilməsin.


Şərhlər