AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Tramp administrasiyası iqlim dəyişikliyinin öyrənilməsi ilə məşğul olan agentliklərin maliyyələşdirilməsini 17,0 faiz azaltmaq qərarına gəlib.
«Vaşinqton Post» qəzeti Ağ Evdə hazırlanmış xidməti arayışa istinadla xəbər verir ki, bu qərar peyk proqramları və büdcə-elmi araşdırmalarının kəskin şəkildə aşağı düşməsinə səbəb olacaq.
Söhbət okean və atmosfer araşdırmaları üzrə Milli idarədən gedir. Bu darə o cümlədən, sahilboyu zonaları, dəniz səviyyəsinin qalxmasını və çayların hövzələrinin öyrənilməsi çalışmalarını maliyyələşdirir. Qeyd edilir ki, bu idarə, büdcəsi 18,0 faiz azaldılmış ticarət nazirliyinin bir hissəsidir.
ABŞ Ticarət Nazirliyinin nümayəndəsi məsələni şərh etməyib. Anonimlik şərti ilə danışan Ağ Evdəki mənbə deyib ki, bu layihə hələlik yalnız müzakirə olunur. O, konkret rəqəm söyləməkdən yayınıb.


Şərhlər