Menu

«Mən Rusiyanın agentiyəm...» - Çexiyanın Prezidenti

10.03.2017, 18:34
«Mən Rusiyanın agentiyəm...»  - Çexiyanın Prezidenti

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çexiya Respublikasının Prezidenti Miloş Zeman yumorla, özünü Rusiyanın, Vladimir Putinin və Çinin başçısının agenti adlandırıb.

Öz rezidensiyasında keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Prezident beləcə zarafat edib. «Mən Rusiyanın agentiyəm - məhz Vladimir Vladimiroviç Putinin agenti. Əlavə etməliyəm ki, mən həm də Çin Prezidentinin agentiyəm. İndi isə göründüyü kimi, ABŞ-ın yeni Prezidentinin agentiyəm. Amma gerçəkdə, mən yalnız bircə ölkənin agentiyəm - Çexiya Respublikasının» - deyə, Miloş Zeman zarafatını belə şərh edib.

Bununla yanaşı, Zeman antirusiya sanksiyalarının aradan qaldırılmasına və Molskva ilə qarşılıqlı faydalı münasibətlər qurmağa çağırış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol