Menu

"Sarkisyanla görüşdə Dağlıq Qarabağa xüsusi diqqət ayırdıq" - Putin

15.03.2017, 17:48
"Sarkisyanla görüşdə Dağlıq Qarabağa xüsusi diqqət ayırdıq" - Putin

"Ermənistan prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına xüsusi diqqət ayırdıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib.

"Rusiya ATƏT-in Minsk Qrupu çərçivəsində, eləcə də Bakı və Yerevanla birbaşa təmaslarda Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı qəbul olunan həll yolunu tapmağa kömək etməyə davam edir", - deyə Putin qeyd edib.

Serj Sarkisyan isə münaqişənin sülh yolunda həllində göstərdiyi səylərə görə Rusiyaya, eləcə də digər həmsədr ölkələrə təşəkkürünü bildirib: "Görüşdə 1994-95-ci illərdə imzalanan atəşkəs sazişinə əməl edilməsinin vacibliyi qeyd olundu. Eyni zamanda Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların reallaşdırılmasının zəruriliyi vurğulandı. Biz münaqişənin həllində hədə və güc yolunun tətbiqinin qəbul edilməzəliyi, bunun sülh prosesinə zərbə vurması ilə bağlı həmfikirik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol