Sakaryada Hollandiya seçkiləriylə əlaqədar danışan prezident Ərdoğan, "Ey Rutte seçimi qazanmış ola bilərsən, amma Türkiyəni itirdin" deyə, Türkiyə-Hollandiya qalmaqalına münasibət bildirib.
"AzPolitika.info" xəbər verir ki, Ərdoğan daha sonra bu açıqlamaları verib: "Suriyada hərbçilərimizin İŞİD, YPD və PYD-ni necə darmadağın etdiyini gördülər. Onun üçün belə davranırlar, problem çıxarırlar. Nəymiş, Türkiyə Avropada seçki təbliğatı apara bilməzmiş. Ey Hollandiya İngiltərədə seçki təbliğatı edirsən. İndi bunlar vizaların qaldırılması məsələsində söz verdilər tutmadılar. İndi geri qəbul deyirlər, keç onları keç. Sən mənim nazirimi Hollandiyaya buraxmayacaqsan, sən mənim xarici işlər nazirimə uçuş icazəsi verməyəcəksən, mənim torpaqlarım olan başkonsulluq binasına girməsinə fürsət verməyəcəksən, bizdən buralara girişi gözləyəcəksən. Sən atını, itini mənim oradakı türk vətəndaşlarımın üzərinə mi saldın. Bunun əvəzini ödəyəcəksiniz. Ey Rutte sən birinci partiya olaraq çıxmış ola bilərsən, amma Türkiyə kimi bir dostunu itirdin. "Seçkidən sonra baş nazirlə bir yemək yeyə bilərik" keç o işi, bizdə elə bir baş nazir yoxdur. Sən itirdin.
Avropada kim bunları edirsə, Almaniya başını çəkmişdir. Onlarla da bu işi hərtərəfli danışacağıq. Bunlar bir agent terroristi alman rezidansında saxlayır".
ELVİN
AzPolitika.info


Şərhlər