Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) vətəndaş Təmrazova Aliyə Həsən qızının “AzPolitika.info”nun 28 mart (2017) tarixli buraxılışında yayımlanmış şikayətinə reaksiya verib. A.Təmrazova Prezident İlham Əliyevə ünvanlanmış həmin müraciətində sahə inspektoru Barat Novruzov tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirirdi.
Vətəndaşın bildirdiyinə görə, 18 sentyabr 2010-cu il tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin sahə müvəkkili Barat Novruzov onun ev telefonuna zəng edərək, sentyabrın 19-da, bazar günü səhə məntəqəsinə gəlməyini istəyib: “Ancaq səhər sat 12-də binanın blokundan küçəyə çıxdığım zaman məni küçədən oğurlayıb, məhkəmənin qərarı olmadan, qanunsuz olaraq Maştağadakı psixatriya xəstəxanasına apardılar”.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda bir ildir ki, yenidən araşdırılan cinayət işi çərçivəsində 14 mart 2017-ci il tarixdə müstəntiq Asəm Səfərəliyev tərəfindən Barat Novruzovla üzləşmə keçirilib. A.Təmrazovanın iddiasına görə, üzləşmə zamanı Barat Novruzov həqiqətə uyğun olmayan məlumatlar verib. Buna cavab olaraq, o və vəkil dediklərini sübut edən konkret sənədlərin, telefon danışıqlarının olduğunu söyləyiblər. Bu da Barat Novruzovu qəzəbləndirib: “Barat Novruzov əsəbləşib özündən çıxdı və yumruğu ilə sifətimə xəsarət yetirdi. Hətta ailəmlə bağlı mənə şər-böhtan atmağa başladı”.

“Bakı şəhəri Səbil rayonu Bünyad Sərdarov küçəsində yaşayan Təmrazova Aliyə Həsən qızı 16 mart 2017-si il tarixdə müxtəlif ünvanlara, o cümlədən Respublika və DİN rəhbəliyinə şikayət ərizəsi ilə müraciət edərək (müraciət 28.03.2017-si il tarixdə azpolitika.info saytında çap olunmuşdur) bildirmişdir ki, Bakı şəhəri Səbail RPİ 9-cu Polis Bölməsinin sahə inspektoru, polis mayoru Barat Novruzov 18.09.2010-cu il tarixdə onun ev telefonuna zəng etmiş və 19.09.2010-cu tarixdə sahə məntəqəsinə gəlməyini xahiş etmişdir. Aliyə Təmrazova həmin gün saat 12 radələrində polis məntəqəsinə getmək üçün evdən çıxarkən onu (məhkəmənin qərarı olmadan?!) Bakı şəhəri 1 saylı Psixatriya Xəstəxanasına aparmışlar. Bundan başqa, Aliyə Təhməzova şikayət ərizəsində bildirmişdir ki, guya polis mayoru Barat Novruzov onu təhqir etmiş və xəsarət yetirmişdir.
Vətəndaş Aliyə Təhməzovanın şikayət ərizəsi əsasında Bakı Şəhər BPİ-də araşdırmalar aparılmış və məlum olmuşdur ki, 2010-cu ilin həmin ərəfəsində Səbail RPİ 9-cu Polis Bölməsinin sahə inspektoru, polis mayoru Barat Novruzov məzuniyyətdə, eləcə də xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Beləliklə, hər hansı bir inzibati qanun pozuntusu sübuta yetirilməmişdir və vətəndaşın iddiaları tam əsassızdır”.
BŞBPİ rəsmisi sonda onu da bildirib ki, Aliyə Təmrazova hazırda Səhiyyə Nazirliyinin 1 saylı Psixatriya Dispanserində qeydiyyatdadır.


Şərhlər