Menu

Metrodakı terrorun icraçısının cəsədinin hissələri tapıldı

04.04.2017, 15:23
Metrodakı terrorun icraçısının cəsədinin hissələri tapıldı

Sankt-Peterburqda metroda törədilən terror aktının icraçısının cəsədinin hissələri tapılıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

"Partlayıcı qurğunu metroya gətirən kişinin cəsədinin qalıqları üçüncü vaqonda aşkarlanıb. Onun şəxsiyyəti müəyyən edilib. Lakin onun adı hələlik açıqlanmır", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol