«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp gözlənilmədən bəyan edib ki, heç də «bütöv Yer kürrəsinin prezidenti» olmağa iddialı deyil və qlobal hökmranlığa iddia etməkdənsə, «Amerikanı birlikdə yenidən qurmağı» təklif edib.
«Mən, heç də bütün dünyanın prezidenti deyiləm və olmaq da istəmirəm. Mən, ABŞ-n Prezidentiyəm» - deyə, tikinti sahəsində fəaliyyət göstərən binesmenlərlə görüşü zamanı Tramp bəyan edib.
O, qeyd edib ki, ABŞ - inşaatçılar millətidir, «iqtisadiyyatda kapitulyasiya əsri isə sona çatıb».
«Biz, Amerikanı birlikdə yenidən quracağıq» - deyə, ABŞ Prezidenti özünün parlaq emosional çıxışını belə gözlənilməz şüarla başa vurub.


Şərhlər