Menu

Sakinlər çadırlara sığındı - Bakıda bina uçur + VİDEO

10.04.2017, 23:04
Sakinlər çadırlara sığındı - Bakıda bina uçur + VİDEO

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır.

"AzPolitika" Xezerxeber.az-a istinadən xəbər verir ki, "Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən boşaldılıb, bina sakinləri təxliyyə edilib.

Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlar üçün binanın həyətində 70-ə yaxın çadırlar qurulub.

Çadırlar hər cür şəraitlə təmin edilib, ərazi olaraq FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol