Menu

İsveçin 150 əsgəri Rusiya ilə vuruşacaq? - «Biz, hamıya siqnal göndəririk…»

22.04.2017, 15:08
İsveçin 150 əsgəri Rusiya ilə vuruşacaq? - «Biz, hamıya siqnal göndəririk…»

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsveçin Baş naziri Stefan Lyoven Rusiyanın Prezidenti Vlvdimir Putinə yeni xəbərdarlıq ünvanlayıb. Britaniya nəşri «Daily Express» Lyovenin ba barədə bəyanatını dərc edib.

İsveç hökumətinin başçısı qeyd edib ki, həmkarı NATO-ya hücum edəcəyi təqdirdə, «Rusiya böyük bədəl ödəməli olacaq»

Nəşr xəbər verir ki, bundan əvvəl Lyoven Rusiya tərəfindən ölkəsinin milli təhlükəsizliyinə «ciddi təhlükə» yarandığı üçün, İsveçin cənub adasına 150 əsgərin və tankların göndərilməsi barədə əmr verib. O, qeyd edib ki, İsveç gələcəkdə özünün müdafiə qabiliyyətini möhkəmlədəcək.

«Bizim ərazimizə hücum etmək istəyənlərin hamısına siqnal göndərmək istyirik: Bu, ağır olacaq» - deyə, Baş nazir xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol