Menu

ABŞ qırıcıları Rusiya sərhədinə cəmləşir! - F-35-lər Estoniyada

27.04.2017, 01:28
ABŞ qırıcıları Rusiya sərhədinə cəmləşir! - F-35-lər Estoniyada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, aprelin 25-dən başlayaraq Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələrinin (HHQ) Britaniyadakı «Leykenhit» aviabazasında dislokasiya olunmuş beşinci nəsil F-35A Lightning II qırıcı təyyarələrinin Estoniyaya göndərilməsinə başlanıb. Xəbəri «ERR.ee» saytı yayıb.

Xəbər verilir ki, F-35-lər NATO müttəfiqləri və ABŞ hərbi hissələri ilə birgə təlimlərdə iştirak edəcəklər. Estoniyaya göndərilən təyyarələrin dəqiq sayı barədə məlumat verilmir. Bu da təlimlərdən sonra həmin qırıcıların bir hissəsinin Estoniyada saxlanmasına imkan yarada bilər.

Bundan əvvəl həmin maşınların səkkizi və ABŞ HHQ 34-cü ekadrilyasının (388-cm aviadəstə) və 419-cu ehtiyat aviadəstənin 466-cı eskadrilyasının 250 nəfər hərbcisi ABŞ-ın Yuta ştatındakı Hill aviabazasından Böyük Britaniyaya göndərilmişdi.

Tanınmış aviasiya eksperti Devid Tsentsiotti özünün «The Aviationis» bloqunda qeyd etmişdi ki, həmin maşınların ilk altısı Birləşmiş Krallığa aprelin 15-də gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol