Menu

Makedoniyada etirazçılar parlament binasına daxil olublar - VİDEO

28.04.2017, 01:32
Makedoniyada etirazçılar parlament binasına daxil olublar - VİDEO

Makedoniyada etirazçılar polis səddini yararaq parlament binasına daxil olublar.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, etirazlara parlamentin spikeri vəzifəsinə alban Talat Haferin spiker seçilməsi səbəb olub.

Bir müddətdən sonra xüsusi təyinatlılar kütləni dağıdıb və binanı azad edib.

Makedoniyada siyasi böhran 2016-cı il seçkilərindən sonra başlayıb. Həmin vaxt keçmiş baş nazir Nikolay Qruyevskinin mühafizəkar partiyası qalib olsa da, hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Makedoniya Daxili İşlər Nazirliyinin xüsusi bölməsinin əməkdaşları etirazçıların parlament binasına daxil olmasından sonra deputatları oradan təxliyə etməyə başlayıblar.

Yekunda sosial-demokratlar və etnik albanları təmsil edən iki partiyanın iştirakı ilə koalisiya yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol