Menu

Qəbələdə avtomobil iki piyadanı vurub - Onlardan biri ölüb

18.05.2017, 12:47
Qəbələdə avtomobil iki piyadanı vurub - Onlardan biri ölüb

Qəbələ rayonunda avtomobil iki piyadanı vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 17-də saat 18 radələrində rayonun Əmili kəndində qeydə alınıb.

Rayon sakini Rüstəm Məmmədov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə yolu keçən həmyerliləri Azər Babayevi və Zakir Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb, digər yaralının vəziyyəti orta-ağırdır.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol