"Bilsin bunu adəm oğlu...əllərim boş gəldim, boş çıxıram bu dünyadan"
Milyonlarla izləyicisi olan məşhur türk serialı "Muhteşem Yüzyıl" başa çatdı. ANS PRESS-in məlumatına görə, ötən gün serialın son - 139-cu seriyası yayımlanıb.
Son seriyada hər şey gözlənildiyi kimi başa çatıb. Artıq yaşlanan Sultan Süleyman son səfərinə - Zigetvar səfərinə çıxır. Bu səfərə o döyüşçü yox əsl öndər kimi gedir.
Son dəfə əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün onların qrşısında çıxış edir. Çadırına girəndə isə yerə yıxılır. Dərhal yatağına uzandırılan sultan ilk olaraq edam etdirdiyi vəziri parqalı İbrahimin "zaman gəldi sultanım" sözlərini eşidi. Sultan Süleyman isə hərkəsə ibrət olca fikirlər söyləyərək əbədi gözlərini yumur.

Şərhlər