Menu

«ABŞ bizim raketləri «tutmaq» gücündə deyil!» - KXDR bəyan edib!

04.06.2017, 10:00
«ABŞ bizim raketləri «tutmaq» gücündə deyil!» - KXDR bəyan edib!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali Koreyanın raketlərini «tutmaq» qüdrətində deyil.

Şimali Koreya nümayəndəsinin sözlərinə görə, ABŞ-ın bu günlərdə keçirdiyi raket sınaqları göstərir ki, KXDR-nın nüvə proqramını gücləndirməsi «tamamilə ədalətlidir».

Şimali Koreya ABŞ-ın bu sınaqlarını qınayaraq, bəyan edib ki, Vaşinqton Pxenyanın nüvə silahından qoruna bilməyəcək. Bu barədə «Yonhap» nəşri xəbər verib.

Xatırladaq ki, mayın 30-da ABŞ ballistik raketləri «tutan» yeni sistemi sınaqdan keçirib.

Şimali Koreya Strateji qüvvələrinin nümayəndəsinin sözlərinə görə, sınaqlar özlüyündə ABŞ tərəfindən həyata keçirilən «ciddi provokasiya»dır. O, qeyd edib ki, əgər amerikalılar düşünürlərsə ki, sözügedən sistem nüvə zərbəsinin qarşısını ala bilər, o zaman səhv edirlər.

«Onların düşüncəsiz hərəkətləri açıqca təsdiqləyir ki, KXDR tərəfindən nüvə silahı ilə silahlanma prosesinin gücləndirilməsi tam ədalətlidir» - deyə, KXDR nümayəndəsi fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol