Futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 4 ildən bir keçirilən mundiala böyük maraq var.
Mundialın açılış oyunu meydan sahibləri ilə Xorvatiya yığması arasında keçirilib. Pentakampeonlar qrupda ən çətin rəqibi ilə qarşılaşıb. Amma Braziliya ilk görüşündə xal itirməyib. Oyun braziliyalıların öz qapılarına avtoqolu ilə başlayıb. Amma Braziliya yığması özünü itirməyib və xorvatların qapısından 3 qol keçirib. Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında millimizin baş məşqçisi Berti Foqts da olub. Hazırda Braziliyada ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi kimi iştirak edən Foqts Xorvatiyanın oyununu diqqətdə saxlayacaq. Bu da səbəbsiz deyil. Çünki xorvatlar növbəti Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun iştirakçısıdır.
Bu qrupun digər görüşü isə sabah saat 21:00-da baş tutacaq. 2 yaşıl formalı komanda – Meksika ilə Kamerun qrup ikincisi olmaq üçün bu görüşdə mütləq qələbə qazanmağa çalışacaq.
13 iyun
A qrupu
Braziliya – Xorvatiya - 3:1
Qollar: Neymar, 29; 71 (pen); Oskar, 90+ - Marselo (avtoqol), 11
Hakim: Yuiti Nishimura (Yaponiya)
San-Paulu. “Arena Korintians”
Braziliya: 12. Julio Sezar, 2. Dani Alves, 3. Tyaqo Silva (k), 4. David Luis, 6. Marselo, 7. Hulk, 8. Paulinyo, 9. Fred, 10. Neymar, 11. Oskar, 17. Qustavo.
Baş məşqçi: Luis Felipe Skolyari
Xorvatiya: 1. Pletikosa, 2. Vrsaljko, 4. Perihiç, 5. Qorluka, 6. Lovren, 7. Rakitiç, 9. Jelaviç, 10. Modriç, 11. Srna (k), 18. Oliç, 20. Krvaçiç.
Baş məşqçi: Niko Kovaç
21:00 Meksika – Kamerun
00:00 İspaniya - Hollandiya
03:00- Çili - Avstraliya

Şərhlər