Menu

Bakıda qardaş bacısını qəbiristanlığa apararaq bıçaqlayıb

10.06.2017, 09:24
Bakıda qardaş bacısını qəbiristanlığa apararaq bıçaqlayıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Hüseynova Elnurə Məhəmməd qızı qardaşı tərəfindən Binəqədi qəsəbəsində yerləşən qəbiristanlığa aparılaraq bıçaqlanıb.

O, qarın və kürək nahiyələrindən 6 bıçaq zərbəsi alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol